XİN Qazaxıstana başsağlığı verdi

XİN Qazaxıstana başsağlığı verdi

Aytac Dəniz · Siyasət ·

Azərbaycan Xarici İşlər Nazirliyi Xəzər dənizində təlim zamanı qazaxıstanlı hərbçilərin həlak olması ilə bağlı başsağlığı verib. 

Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Xəzər dənizində Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı insan tələfatı ilə nəticələnən faciə bizi dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçuların ailələrinə və yaxınlarına, eləcə də qardaş Qazaxıstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bu çətin anlarda mərhumların ailələrinə səbr və dözüm diləyirik. İtkin düşənlərin sağ-salamat tapılacağına ümid edir, xəsarət alan hərbi qulluqçuya şəfa diləyirik”, - paylaşımda qeyd olunub.