ABŞ vitse-prezidenti Cey Di Vens İrana qarşı altı aydır davam edən əməliyyatların hazırkı mərhələsində əsas diqqətin Hörmüz boğazında sərbəst ticarət axınının təmin edilməsinə yönəldiyini bildirib. O, bu barədə Fox News-a müsahibəsində danışıb.
Redaksiya xəbər verir ki, Vens ABŞ-nin hazırda gördüyü işlərin böyük hissəsinin Hörmüz boğazından kommersiya gəmilərinin sərbəst keçidini təmin etməyə yönəldiyini deyib.
Bu açıqlama Vaşinqtonun əvvəlki mərhələdə İranın raket və nüvə imkanlarını əsas təhlükə kimi önə çıxarmasından sonra əməliyyat prioritetlərinin dəyişdiyini göstərir.
Vensin sözləri ABŞ administrasiyasının mövqeyini əks etdirir. Hörmüz boğazının faktiki statusu və neft daşımalarının həcmi ilə bağlı tərəflər bir-birindən fərqli məlumatlar yayırlar.
İran isə boğazdan keçidlərin yalnız Tehranla koordinasiya əsasında mümkün olduğunu bildirir və mövcud məhdudiyyətləri ABŞ-nin siyasəti ilə əlaqələndirir.
