Kreatinin yalnız idman əlavəsi olmadığı, əzələ funksiyası ilə yanaşı beyin fəaliyyəti və bəzi digər sağlamlıq göstəricilərinə də müsbət təsir göstərə biləcəyi barədə elmi məlumatlar artır.
Redaksiya xəbər verir ki, kreatinin əzələ kütləsi və gücün artırılmasına kömək etməsi ən yaxşı öyrənilmiş təsirlərindən biridir. Bəzi tədqiqatlarda onun yaddaş, diqqət və koqnitiv performansa, xüsusilə yuxusuzluq və yüksək zehni yük şəraitində müsbət təsir göstərə biləcəyi də göstərilib.
Bununla yanaşı, kreatinin ürək-damar sağlamlığı, dəri, yaşlanma prosesləri və stress göstəricilərinə təsiri ilə bağlı araşdırmalar davam edir. Ayrı-ayrı işlərdə faydalı nəticələr qeydə alınsa da, “ömrü uzadır”, “qırışları aradan qaldırır” və ya “gənclik eliksiridir” kimi iddiaları təsdiqləyən kifayət qədər güclü klinik sübut hələ yoxdur.
Mütəxəssislər kreatini ən çox araşdırılmış idman əlavələrindən biri hesab edirlər, lakin onun mümkün uzunömürlülük və ümumi sağlamlıq faydalarının dəqiq müəyyənləşdirilməsi üçün daha geniş və uzunmüddətli tədqiqatlara ehtiyac var.
