Venezuela ordusunun rəhbər heyəti ölkə üzrə müdafiə hazırlıqlarının qiymətləndirilməsi məqsədilə keçirilən iclasın görüntüləri ilə gündəmə gəlib. Baş qərargah rəisi Vladimir Padrino Lopez-in iştirakı ilə baş tutan toplantıda komandanlıq səviyyəsində koordinasiya məsələləri müzakirə edilib.
Redaksiya Reuters istinadla xəbər verir ki, hökumət yayımladığı açıqlamada ölkənin hava məkanına hörmət göstərilməsinin vacibliyini vurğulayıb və xarici təhdidlərin qəbul edilməyəcəyini bildirib. Rəsmi bəyanatda vurğulanıb ki, ölkənin suverenliyi hər hansı kənar təsir və göstərişlərə qarşı qətiyyətlə müdafiə olunacaq.
Venezuela rəhbərliyi son günlər regionda artan gərginlik fonunda müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin gücləndirildiyini bildirir. Hərbi komandanlıq ölkənin təhlükəsizliyinin təmin olunması üçün bütün strukturların koordinasiyalı fəaliyyətinin davam etdiriləcəyini açıqlayıb.
