Vaşinqton Ukraynaya Rusiya ərazisinə zərbələr üçün məlumat verir

Vaşinqton Ukraynaya Rusiya ərazisinə zərbələr üçün məlumat verir

Sevinc Kərimova · Siyasət ·

ABŞ-ın nüfuzlu Wall Street Journal nəşri yazır ki, Vaşinqton Ukraynaya Rusiyanın enerji infrastrukturuna raket zərbələri endirə bilməsi üçün zəruri məlumatları təqdim etməyi planlaşdırır. Məlumatlı mənbələrə görə, bu qərar müharibənin gedişində yeni mərhələ yarada bilər.

Redaksiya mənbəyə istinadla xəbər verir ki, ABŞ rəsmiləri həmçinin NATO müttəfiqlərindən Kiyevə oxşar dəstək göstərməyi xahiş ediblər. Eyni zamanda, Vaşinqtonun Ukraynaya “Tomahawk” qanadlı raketlərinin və “Barracuda” tipli sursatların göndərilməsi imkanını nəzərdən keçirdiyi bildirilib. Bununla belə, hələlik bu silahların çatdırılması ilə bağlı yekun qərar qəbul edilməyib.

Ekspertlər hesab edirlər ki, ABŞ və NATO-nun bu addımı Ukraynanın hərbi imkanlarını gücləndirə bilər, lakin eyni zamanda Moskva ilə Qərb arasında gərginliyi daha da artırmaq riskini daşıyır.