Vaşinqton İran təyyarələrinə xidmət göstərən hava limanlarını hədələyib

Vaşinqton İran təyyarələrinə xidmət göstərən hava limanlarını hədələyib

Könül Məmmədova · Media ·

ABŞ maliyyə naziri Skott Bessent sentyabrın 23-dən etibarən İran aviaşirkətlərinin beynəlxalq fəaliyyətinin faktiki olaraq dayandırılmasına çalışacaqlarını bildirib. Vaşinqton İran təyyarələrinə xidmət göstərən xarici şirkət və hava limanlarını ikinci dərəcəli sanksiyalarla hədələyir. Bu barədə CNBC məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Bessentin sözlərinə görə, İran aviaşirkətlərinə yanacaq, eniş və digər hava limanı xidmətləri göstərən, eləcə də onların biletlərinin satışına şərait yaradan xarici qurumlar ABŞ dolları ilə işləyən maliyyə sisteminə çıxışlarını itirmək riski ilə üzləşə bilərlər.

ABŞ-ın yeni tədbirləri yalnız İran aviaşirkətlərini deyil, onların xaricdə fəaliyyət göstərməsini təmin edən hava limanlarını, yanacaq şirkətlərini, bilet satışı sistemlərini və digər xidmət təminatçılarını da hədəfə alır. Məqsəd İran daşıyıcılarının beynəlxalq reyslər həyata keçirməsini maksimum dərəcədə məhdudlaşdırmaqdır.

Bessent sentyabrın 23-də bütün İran aviaşirkətlərinin dünya üzrə fəaliyyətinin ciddi şəkildə məhdudlaşacağını bildirib. ABŞ bundan əvvəl sanksiya tətbiq olunmamış İran aviaşirkətlərini və ölkənin aviasiya sektoruna xidmət göstərən xarici şirkətləri də sanksiya siyahısına daxil etmişdi.