Ursula fon der Leyenin təyyarəsinin fövqəladə enişində kimin əli var?

Ursula fon der Leyenin təyyarəsinin fövqəladə enişində kimin əli var?

Sevinc Kərimova · Siyasət ·

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin təyyarəsi Bolqarıstanın Plovdiv hava limanında fövqəladə enişə məcbur olub. Bloomberg yazır ki, hadisəyə səbəb GPS siqnalının pozulması olub və Bolqarıstan rəsmiləri bu məsələdə Rusiyanın əli ola biləcəyini istisna etmirlər. Qeyd olunur ki, nasazlıq təyyarənin və hava limanının naviqasiya sistemlərinə təsir göstərib.

Redaksiya xəbər verir ki, Financial Times mənbələri təyyarənin hava limanı üzərində təxminən bir saat dövrə vurduğunu, daha sonra pilotun kağız xəritələrdən istifadə edərək təyyarəni əl ilə endirmək qərarı verdiyini bildiriblər. Ursula fon der Leyen hazırda Şərqi Avropa ölkələrinə səfər edərək yerli hakimiyyətlərlə müdafiə infrastrukturunun yaradılmasını müzakirə edir.

Kremlin mətbuat katibi Dmitri Peskov isə yayılan iddialara münasibət bildirib. O, Rusiyanın GPS sistemində baş verən nasazlığa görə məsuliyyət daşımadığını vurğulayıb və bu ittihamları əsassız adlandırıb.

Sevinc Kərimova