Ukrayna Ali Radası spikeri qırmızı xətləri açıqladı

Ukrayna Ali Radası spikeri qırmızı xətləri açıqladı

Sevinc Kərimova · Siyasət ·

Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk ölkənin müharibənin dayandırılması üçün heç vaxt razılaşmayacağı “qırmızı xətləri” açıqlayıb.

Redaksiya məlumat verir ki, Stefançukun qeyd etdiyi xətlər bunlardır:

Rusiyanın işğal etdiyi ərazilərin hüquqi olaraq onun tərkibində tanınması

Ukrayna Ordusunun imkanlarının məhdudlaşdırılması

Ukraynanın gələcəkdə hansı beynəlxalq alyanslara qoşula biləcəyinə dair məhdudiyyətlərin tətbiqi

Spiker bildirib ki, bu şərtlər qəbulolunmazdır və Ukraynanın suverenliyi ilə ziddiyyət təşkil edir.