Anthropic-in ən güclü Sİ modeli olan Fable 5-in korporativ müştəri xərclərində payının cəmi 11 faiz səviyyəsində qaldığı bildirilir. Bu barədə Financial Times təxminən 70 min şirkətin istifadə məlumatlarına istinadən yazıb.
Redaksiya istinadla xəbər verir ki, şirkətlər bir çox tapşırıq üçün daha ucuz modellərin kifayət etdiyini gördükləri üçün ən bahalı və güclü modelə daha az müraciət edirlər.
Məlumata görə, Anthropic-in daha ucuz Opus 5 modeli artıq müştəri istifadəsi və xərcləri baxımından Fable 5-i geridə qoyub.
Bu tendensiya Sİ bazarında şirkətlərin yalnız maksimum performansa deyil, qiymət və nəticə balansına daha çox diqqət yetirdiyini göstərir.
Məlumat Anthropic-in mümkün 2 trilyon dollarlıq IPO-su ilə bağlı müzakirələrin gücləndiyi bir dövrdə yayılıb və şirkətin gələcək gəlir modelində bahalı flaqman modellərin roluna dair suallar yaradıb.
