Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avropa İttifaqına inteqrasiya istəyini ölkənin qanuni hüququ adlandırıb, lakin bunun Avrasiya İqtisadi İttifaqına üzvlüklə bağlı müəyyən çətinliklər yarada biləcəyini bildirib.
Redaksiya xəbər verir ki, Putin bu barədə Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı danışıb.
Rusiya liderinin sözlərinə görə, Ermənistanın AİİB üzvlüyü dövründə ölkənin ümumi daxili məhsulu bir neçə dəfə artıb, ittifaq ölkələrinə ixrac isə 10 dəfə yüksəlib. Putin Rusiyanı Ermənistanın əsas ticarət-iqtisadi tərəfdaşı adlandıraraq, 2026-cı ilin əvvəlindən iki ölkə arasında ticarət dövriyyəsinin 2,5 milyard dollar təşkil etdiyini bildirib.
Putin Ermənistanın Aİ-yə üzvlük məsələsində nə qədər tez qərar verməsinin bütün tərəflər üçün bir o qədər yaxşı olacağını vurğulayıb.
Onun sözlərinə görə, Moskva İrəvanla dostluq və qarşılıqlı faydalı münasibətlərin inkişafında maraqlıdır, lakin Ermənistanın gələcək inteqrasiya kursu Rusiyanın ikitərəfli münasibətləri hansı formatda davam etdirəcəyini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir.
