Bessent: İki ildən sonra Hörmüz boğazı əhəmiyyətini itirəcək

Bessent: İki ildən sonra Hörmüz boğazı əhəmiyyətini itirəcək

Sevinc Kərimova · Media ·

ABŞ-nin maliyyə naziri Skott Bessent G20 sammitində Hörmüz boğazının yaxın iki il ərzində enerji daşımaları baxımından əhəmiyyətini böyük ölçüdə itirəcəyini bildirib.

Redaksiya xəbər verir ki, Bessent İranın Hörmüz boğazından digər ölkələr üçün zəif nöqtə kimi istifadə etməyə çalışdığını, lakin ABŞ üçün bu marşrutun eyni dərəcədə kritik olmadığını deyib.

Onun sözlərinə görə, iki il ərzində neft daşımalarının əhəmiyyətli hissəsi quru boru kəmərlərinə yönəldilə və Hörmüz boğazından yan keçən alternativ marşrutlar formalaşdırıla bilər.

Bessent boğazın iki ildən sonra “yararsız su sahəsinə” çevriləcəyini iddia edib və enerji logistikasının əsasən quru infrastrukturu üzərindən qurulacağını bildirib.

ABŞ-nin İran əməliyyatlarından əvvəl dünya üzrə dənizlə daşınan xam neft və maye karbohidrogenlərin təxminən 20,9 faizinin Hörmüz boğazından keçdiyi bildirilirdi. Hərbi əməliyyatların başlanmasından sonra isə bu marşrut üzrə enerji daşımalarının kəskin azaldığı qeyd olunur.