Türkiyənin “GAZAP” bombası 500 kvadratmetrlik sahəni tam məhv edir – VİDEO

Türkiyənin “GAZAP” bombası 500 kvadratmetrlik sahəni tam məhv edir – VİDEO

Sevinc Kərimova · Hərbi ·

Türkiyə istehsalı olan və adını qəzəbdən alan “GAZAP” bombasının düşdüyü ilk 500 kvadratmetrlik ərazidə dağıdıcı təsir maksimum həddə çatır.

Redaksiya xəbər verir ki, bu tip partlayıcı vasitə düşdüyü anda ətrafdakı bütün oksigeni udur. Nəticədə güclü termobarik təzyiq dalğası yaranır. Bu dalğa insan orqanizminin daxili orqanlarını parçalayır, daxili qanaxma və yanma ilə ağır əzablara səbəb olur.

Partlayış böyük səs və dalğa ilə müşayiət olunur, genişmiqyaslı dağıntılar törədir. “GAZAP” bombası hərbi hədəflərə qarşı yüksək effektivliklə istifadə olunur və xüsusilə bağlı məkanlarda, bunkerlərdə və sığınacaqlarda dağıdıcı gücünü daha da artırır.

Sevinc Kərimova