ABŞ Avropaya öz raketlərini istifadə etməyə icazə verə bilər

ABŞ Avropaya öz raketlərini istifadə etməyə icazə verə bilər

Yulduz Səlimov · Media ·

ABŞ Avropa ölkələrinə Amerika istehsalı mərmi və raketlərin Avropa buraxılış qurğularından istifadəsinə icazə verməyi nəzərdən keçirir. Bu barədə Euractiv mənbələrə istinadən məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, belə bir qərar NATO daxilində müharibə şəraitində sursatların ortaq istifadəsinə mane olan əsas texniki və hüquqi məhdudiyyətlərdən birini aradan qaldıra bilər.

Hazırda NATO ölkələri uzun mənzilli reaktiv sistemlərin alışını sürətləndirirlər, lakin müxtəlif sistemlərin eyni sursatlardan istifadə edə bilməməsi ciddi problem olaraq qalır. Baltikyanı ölkələr, Polşa, Rumıniya və İtaliya Amerikanın HIMARS sistemini seçib, Danimarka, İspaniya, Almaniya, Niderland və Yunanıstan isə İsrailin Elbit Systems və Avropanın KNDS şirkətlərinin birgə istehsal etdiyi Euro-PULS sistemini alır.

NATO planlaşdırıcılarından biri bildirib ki, sistemlərin komponentlərini sadəcə dəyişdirməklə uyğunlaşdırmaq mümkün deyil və hərbçilərin müxtəlif platformalarla ayrıca işləməyi öyrənməsi tələb olunur.

ABŞ-nin mövcud məhdudiyyətləri yumşaltması Avropa ordularının sursat ehtiyatlarından daha çevik istifadə etməsinə və müxtəlif raket-artilleriya sistemləri arasında qarşılıqlı uyğunluğu artırmasına imkan verə bilər.