Porsche 911 Louis Vuitton üslubunda yenidən dizayn edilib

Porsche 911 Louis Vuitton üslubunda yenidən dizayn edilib

Aytac Dəniz · Media ·

Louis Vuitton Singer şirkəti ilə əməkdaşlıq çərçivəsində iki xüsusi Porsche 911 avtomobili hazırlayıb. Hər avtomobilin dəyərinin təxminən 2,5 milyon funt sterlinq olduğu bildirilir.

Redaksiya xəbər verir ki, avtomobillərin dizaynında Louis Vuitton-un məşhur səyahət çantalarının üslubundan istifadə olunub. Salonlarda təbii ağac və qəhvəyi dəri materiallara üstünlük verilib, kapot və baqaj hissələri isə dekorativ dəri kəmərlərlə tamamlanıb.

Hər iki Porsche 911 yalnız bir nüsxədə hazırlanıb. Layihəyə avtomobillərlə yanaşı xüsusi yarış geyimləri, dəbilqələr, baqaj dəsti, sörf lövhəsi və titan xizəklər də daxildir.

Bu layihə lüks avtomobil bazarında fərdiləşdirilmiş və kolleksiya xarakterli modellərə tələbatın artmasını göstərən nümunələrdən biri kimi təqdim olunur.