Türkiyə qarşıdurmanın yayılması riskini ən yüksək səviyyəyə çıxarıb

Türkiyə qarşıdurmanın yayılması riskini ən yüksək səviyyəyə çıxarıb

Sevinc Kərimova · Siyasət ·

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücuma münasibət bildirib. Ankara bu hücumun mümkün nəticələrindən dərin narahatlıq keçirdiyini və bölgədə qarşıdurma riskinin ən yüksək səviyyəyə çatdığını bəyan edib.

Redaksiya xəbər verir ki, nazirliyin açıqlamasında deyilir: “Türkiyə, ABŞ tərəfindən İran İslam Respublikasının nüvə obyektlərinə qarşı həyata keçirilən hücumun mümkün nəticələrindən dərin narahatlıq duyur. Bu addım qarşıdurmanın yayılması riskini ən yüksək səviyyəyə çıxarıb.

Türkiyə tərəfi eyni zamanda beynəlxalq ictimaiyyətə çağırış edərək bildirir ki, İranın nüvə proqramı ilə bağlı yaranan münaqişənin yeganə və davamlı həlli yalnız diplomatik yollarla, konkret olaraq danışıqlar masasında mümkündür.

Rəsmi Ankara bölgədə sülh və sabitliyin qorunması üçün tərəfləri təmkinə və dialoqa çağırır.

Sevinc Kərimova