Türkiyə Xarici İşlər Nazirliyi Kolumbiyanın Suriyanın ayrılmaz hissəsi olan Qolan təpələrinin İsrail tərəfindən işğalını legitimləşdirməyə yönəlmiş bəyanatını qətiyyətlə pisləyib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, nazirlik bu cür addımların beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının 497 saylı qətnaməsinin ciddi şəkildə pozulması olduğunu və heç bir hüquqi qüvvəyə malik olmadığını bildirib.
Türkiyə beynəlxalq ictimaiyyəti Qolan təpələrinin və Suriyanın cənubundakı digər ərazilərin İsrail tərəfindən işğalına son qoyulması üçün məsuliyyətini yerinə yetirməyə çağırıb. Ankara həmçinin Suriyanın suverenliyi və sabitliyini hədəf alan hücumların dayandırılmasının vacibliyini vurğulayıb.
Açıqlamada Türkiyənin Suriyanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasına, eləcə də ölkədə davamlı sülh və sabitliyin təmin olunmasına dəstəyini davam etdirəcəyi qeyd olunub.
