İsrailin İrana qarşı həyata keçirdiyi ilk hücum gecəsində bir neçə İsrail qırıcı təyyarəsi Türkiyə hava məkanını pozub. Hadisə zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları havaya qaldırılıb.
Redaksiya Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə tərəfi radio rabitəsi ilə xəbərdarlıq edərək, hava məkanını pozan İsrail təyyarələrinin dərhal geri dönməsini tələb edib. İsrail qırıcıları bu xəbərdarlıqlardan sonra Türkiyə hava məkanından çıxıb.
Mənbələr bildirilib ki, hadisə zamanı Türkiyənin hava məkanının təhlükəsizliyi tam təmin olunub və hazırda bölgədə vəziyyət nəzarət altındadır.
Sevinc Kərimova
