ROKETSAN tərəfindən hazırlanan GÖKBORA raketi ilə bor yüklü bərk yanacaqlı ramjet mühərrik texnologiyasını inkişaf etdirən Türkiyə, bu sahədə öncü mövqedədir. Bu texnologiya sayəsində ölkə, yüksək sürətli və uzun mənzilli hava-hava raketləri istehsal etmək imkanına malikdir.
Redaksiya xəbər verir ki, dünyanın 73%-dən çox bor yataqlarına sahib olan Türkiyə həm bərk yanacaqlı, həm də maye yanacaqlı ramjet mühərrikli hava-hava raketi inkişaf etdirmə qabiliyyətinə sahib azsaylı ölkələrdən biridir. Bu kateqoriyaya Türkiyə ilə yanaşı Hindistan-Rusiya, ABŞ, Böyük Britaniya-Fransa və Çin də daxildir.
Hər iki tip ramjet mühərrik texnologiyasına sahib olmaq, ölkələrə hava döyüşlərində üstünlük təmin edən yüksək sürətli raket sistemlərinin hazırlanmasında strateji üstünlük qazandırır.
Kənan Cəlilov
