Bloomberg-in məlumatına görə, Türkiyə 10 milyard dollardan çox təyyarə alımlarını balanslaşdırmaq məqsədilə Boeing və Lockheed Martin şirkətlərinin istehsal etdiyi döyüş təyyarələrinin bəzi hissələrinin yerli istehsalını təmin etmək üçün ABŞ-la istişarələr aparır.
Redaksiya xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə CAATSA sanksiyalarının yumşaldılmasına nail olmağı hədəfləyir. Məqsəd Türkiyə şirkətlərinin F-35 qırıcılarının istehsal proqramına geri dönməsi və eyni zamanda yeni F-16 Viper təyyarələri ilə onların mühərriklərinin alınmasıdır.
Məlumata görə, rəsmi Ankara bu istiqamətdə həm müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsini, həm də strateji tərəfdaşlığın gücləndirilməsini planlaşdırır.
