Trampın keçmiş müttəfiqi Trampın ona ölüm təhdidlərindən danışıb

Trampın keçmiş müttəfiqi Trampın ona ölüm təhdidlərindən danışıb

Könül Məmmədova · Media ·

ABŞ-da keçmiş konqresmen Marjori Teylor Qrin Prezident Donald Trampla bağlı yeni iddia irəli sürüb. O bildirib ki, ailəsinə qarşı ölüm təhdidləri artdıqdan sonra Trampa müraciət edib, lakin prezidentdən sərt və mərhəmətsiz cavab alıb.

Redaksiya Newsweek və The Daily Beast-ə istinadla xəbər verir ki, Qrin Trampın ona yazdığı mesajlarda baş verənlərə görə özünü günahlandırdığını iddia edib. Onun sözlərinə görə, Tramp “əgər oğlun öldürülsə, buna sən səbəb olacaqsan” mənasında cavab verib və bunu onun “xəyanəti” ilə əlaqələndirib.

Qrin bildirib ki, təhdidlər Trampın onu açıq şəkildə “xain” adlandırmasından sonra daha da artıb. Keçmiş konqresmen bu mesajları saxladığını, lakin onları yayımlayacağı təqdirdə hüquqi problemlərlə üzləşə biləcəyini deyib.

Məlumata görə, Qrin əvvəllər Trampın ən sərt müdafiəçilərindən biri olsa da, son aylarda onun siyasətini və Respublikaçılar Partiyasının xəttini açıq şəkildə tənqid edir. Ağ Ev isə Qrinin ittihamlarını siyasi motivli açıqlamalar kimi qiymətləndirib.