Trampdan Medvedevə cavab: “Ən güclü silahımız nüvə sualtı qayıqlarıdır”

Trampdan Medvedevə cavab: “Ən güclü silahımız nüvə sualtı qayıqlarıdır”

Sevinc Kərimova · Siyasət ·

ABŞ prezidenti Donald Tramp, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevinbir çox ölkə İrana nüvə başlıqları verməyə hazırdır” açıqlamasına sərt reaksiya verib.

Redaksiya xəbər verir ki, Tramp bu açıqlamaya Truth Social hesabından cavab verərək bildirib: “Rusiya sabiq prezidenti Medvedevin 'N' sözünü – yəni Nüvə sözünü – bu qədər rahat dilə gətirdiyini eşitdim. O və digər ölkələr guya İrana nüvə başlıqları verəcək? Həqiqətən bunu deyib, yoxsa bu mənim xəyal görürəm? Əgər deyibsə və bu təsdiqlənibsə, dərhal mənə bildirin. 'N' sözü bu qədər asan işlədilməməlidir. Görünür, buna görə Putin 'Boss'-dur.

Tramp daha sonra ABŞ-ın hərbi texnologiyası barədə də danışıb: “Əgər kimsə keçən həftəsonu istifadə etdiyimiz texnikanın nə qədər güclü olduğunu düşünüb heyrətə gəlibsə, bilin ki, bu yalnız başlanğıcdır. Əslində ən güclü və ən qabaqcıl texnikamız nüvə sualtı qayıqlarıdır. Onlar dünya tarixində istehsal olunmuş ən güclü və ən öldürücü silahlardır. Texnologiya baxımından 20 il bütün dünyanı qabaqlayırıq.

Tramp əlavə edib ki, yeni buraxılan 30 “Tomahawk” raketinin hamısı hədəflərinə tam dəqiqliklə çatıb: “Pilotlarımız mükəmməl iş gördü. Sualtı qayıqlarımızın kapitanı və heyətinə də xüsusi təşəkkür edirəm.

Sevinc Kərimova