Dmitri Medvedev: “Bəzi ölkələr nüvə başlıqlarını birbaşa İrana verməyə hazırdır”

Dmitri Medvedev: “Bəzi ölkələr nüvə başlıqlarını birbaşa İrana verməyə hazırdır”

Sevinc Kərimova · Siyasət ·

Rusiya Təhlükəsizlik Şurası sədr müavini Dmitri Medvedev, ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarına cavab olaraq daha bir açıqlama verib.

Redaksiya xəbər verir ki, Medvedev bəyan edib: “Bir sıra ölkələr nüvə başlıqlarını birbaşa İrana verməyə hazır olduqlarını bildirirlər.” O həmçinin əlavə edib: “Nüvə yanacağı dövriyyəsinin kritik infrastrukturu ya ümumiyyətlə zərər görməyib, ya da cüzi dərəcədə zədələnib.

ABŞ İranın üç nüvə obyektinə gecə hücumları ilə nə əldə etdi?” – deyə sual verən Medvedev, İranın nüvə materiallarının zənginləşdirilməsinin və artıq açıq şəkildə deyə bilərik ki, gələcəkdə nüvə silahı istehsalının davam edəcəyini vurğulayıb.

Sevinc Kərimova