Trampdan Makrona sərt cavab

Trampdan Makrona sərt cavab

Sevinc Kərimova · Siyasət ·

ABŞ prezidenti Donald Tramp Fransanın dövlət başçısı Emmanuel Makronun G7 sammitində səsləndirdiyi iddianı təkzib edib. Belə ki, Makron Trampın Vaşinqtona qayıtmasının İsrail və İran arasında atəşkəs üzərində işləmək məqsədi daşıdığını söyləmişdi.

Redaksiya xəbər verir ki, Tramp bu məlumatı rədd edərək, onun Vaşinqtona dönüşünün tamamilə başqa səbəblərlə əlaqəli olduğunu bildirib. O, hazırda prioritet məsələnin İranın nüvə proqramının dayandırılması olduğunu vurğulayıb.

Xatırladaq ki, Yaxın Şərqdə artan gərginlik G7 sammitinin əsas müzakirə mövzularından biri olub. ABŞ liderinin bu məsələyə münasibəti beynəlxalq mediada geniş rezonans doğurub.

Sevinc Kərimova