ABŞ-ın onlarla ştatında prezident Donald Trampa qarşı kütləvi etiraz aksiyaları keçirilməyə başlayıb və daha da genişlənməyə başlayır. Aksiyalar “Krala yox!” şüarı altında təşkil olunub və qısa müddətdə ölkə boyu sürətlə yayılıb.
Redaksiya xəbər verir ki, nümayişlər əsasən Vaşinqton, Nyu-York, Çikaqo, San-Fransisko və digər iri şəhərlərdə baş tutub. Etirazçılar Trampın siyasətini “avtoritar meylli” adlandıraraq ABŞ-da demokratik prinsiplərin qorunmasını tələb ediblər.
Təşkilatçılar bildiriblər ki, bu etiraz dalğası ABŞ-ın “heç vaxt bir kralı olmayacağı” ideyasını simvolizə edir və ölkə tarixində avtoritar idarəçiliyə qarşı vətəndaş həmrəyliyinin yeni mərhələsini göstərir.
