Nyu-Yorkda Trampa qarşı etiraz aksiyaları keçirilir

Nyu-Yorkda Trampa qarşı etiraz aksiyaları keçirilir

Sevinc Kərimova · Siyasət ·

ABŞ-ın paytaxtı Vaşinqton və Nyu-Yorkun məşhur Tayms meydanında prezident Donald Trampa qarşı kütləvi etiraz aksiyaları keçirilib. Minlərlə insan “Tramp indi getməlidir!” şüarları ilə küçələrə axışıb.

Redaksiya xəbər verir ki, aksiya iştirakçıları arasında Berkli Universitetinin professoru və keçmiş Əmək Partiyası naziri Robert Rayks da çıxış edib. O, mitinq zamanı “Biz monarxiya deyilik! Dünya bu gün aydın eşitsin: Amerika heç vaxt kralı olan bir ölkə olmayacaq” sözlərini səsləndirib.

Etirazlar eyni zamanda Vaşinqtonda da davam edib. Paytaxtdakı nümayişlərdə iştirakçılar Fələstin bayraqları qaldıraraq həm Yaxın Şərqdəki münaqişələrə, həm də Trampın siyasətinə etiraz ediblər. Nümayişçilər ABŞ-da demokratiya və hüquq bərabərliyi tələblərini səsləndiriblər.