ABŞ prezidenti Donald Tramp bu gün Oval ofisdə jurnalistlərin suallarını cavablandırdığı zaman mobil telefonunun zəngi diqqət çəkdi. Tramp həmin an zarafatla verdiyi cavablarla gülüş doğurdu.
Redaksiya ABŞ mediasına istinadən xəbər verir ki, telefon zəng çaldığı anda Tramp jurnalistlərə baxıb deyir:
“Telefon zəng edir. Problem etməzsiniz ki? Bu, sadəcə bir konqresmendir.”
Az sonra telefon yenidən zəng çaldı. Prezident isə yenə təbəssümlə belə deyir:
“Bu dəfə başqa bir konqresmendir. Yəqin ki, məni təbrik etmək üçün zəng vurur.”
Jurnalistlər arasında yumorla qarşılanan bu dialoq sosial mediada da sürətlə yayılmaqdadır.
Sevinc Kərimova
