ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evdə baş tutan görüşü öncəsi Oval kabinetdə böyük Ukrayna xəritəsi quraşdırılıb.
Redaksiya xəbər verir ki, BBC bu addımı Trampın Zelenskiyə təzyiq vasitəsi kimi qiymətləndirib. Nəşrin ehtimalına görə, xəritə Ukrayna liderini ərazi güzəştlərinə razı salmaq və bunun müqabilində sülh sazişi əldə etmək məqsədi daşıya bilər.
Məlumata görə, xəritənin danışıqlardan əvvəl zalda yerləşdirilməsi diqqəti cəlb edib və bunun qapalı görüşlərdə gündəmə gələcək əsas müzakirə mövzularından biri olacağı gözlənilir.
Sevinc Kərimova
