Tramp Yaxın Şərqdəki vəziyyətə görə G7-dən vaxtından əvvəl ayrılır

Tramp Yaxın Şərqdəki vəziyyətə görə G7-dən vaxtından əvvəl ayrılır

Sevinc Kərimova · Siyasət ·

ABŞ prezidenti Donald Tramp G7 sammitində uğurlu danışıqlar aparıb və Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə yeni ticarət sazişi imzalayıb.

Redaksiya xəbər verir ki, bu barədə Trampın sözçüsü Kerolin Levitt məlumat verib: “Prezident Tramp bu gün G7-də uğurlu gün keçirdi, Birləşmiş Krallıq və Baş nazir Kir Starmer ilə böyük ticarət razılaşması imzaladı. Bir çox məsələdə irəliləyiş əldə olundu. Lakin Yaxın Şərqdəki hadisələrə görə Prezident Tramp bu axşam Dövlət Başçıları ilə nahardan sonra sammitdən ayrılacaq.

Qeyd edək ki, Yaxın Şərqdə gərginliyin artdığı bir dönəmdə Trampın bu addımı beynəlxalq medianın diqqət mərkəzinə düşüb.

Sevinc Kərimova