ABŞ-da Venesuelaya məxsus neft satışından əldə olunan vəsaitlərlə bağlı yeni qərar qəbul edilib. Bu qərar ölkə daxilində saxlanılan maliyyə vəsaitlərinin hüquqi statusuna birbaşa təsir göstərir.
Redaksiya xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Venesuela neftinin satışından əldə olunan gəlirlərin ABŞ Xəzinədarlığındakı hesablardan məhkəmələr və ya kreditorlar tərəfindən müsadirə edilməsinin qarşısını almaq məqsədilə icra sərəncamı imzalayıb.
Sənədə əsasən, ABŞ ərazisində saxlanılan Venesuela neft gəlirləri üzərində hüquqi iddiaların icrası məhdudlaşdırılır və bu vəsaitlərin dondurulması və ya ələ keçirilməsi qadağan olunur.
Qərarın Venesuela ilə bağlı davam edən siyasi və iqtisadi proseslər fonunda qəbul edildiyi bildirilir və onun ABŞ məhkəmə sistemində mövcud olan iddialara necə təsir edəcəyi yaxın dövrdə aydınlaşacaq.
