Dünya KİV-ləri ABŞ prezidenti Donald Tramp ilə Ukrayna lideri Vladimir Zelenskinin Ağ Evdəki görüşünü fevral ayında Oval kabinetdə baş verən gərgin müzakirələrlə müqayisədə “daha dostyana” adlandırıb. Bu barədə BBC yazıb.
Redaksiya xəbər verir ki, Britaniyanın The Guardian nəşri Zelenskinin geyim məsələsinin uğurla həll olunmasından “Avropa liderlərinin şübhəsiz ki, çox məmnun qalacağını” vurğulayıb.
NBC kanalı qeyd edib ki, Tramp və Zelenski sülh danışıqları zamanı “səxavət nümayiş etdirirlər”.
The Times yazır ki, ABŞ prezidenti Avropa liderlərini Vaşinqtonda qəbul edərək və xanımı Melaniya üçün məktub alaraq “birbaşa sülh razılaşmasına aparan yol”dan danışıb.
Bloomberg məlumatına görə, Tramp yaxın günlərdə Vladimir Putinlə danışaraq Zelenski ilə üçtərəfli danışıqları müzakirə edəcək.
İtaliyanın Ansa agentliyi isə Trampın Zelenskini Ağ Evdə qarşıladığını və “əgər bu görüş uğurlu keçərsə, Putinlə birlikdə üçtərəfli görüşümüz olacaq” dediyini bildirib.
Sevinc Kərimova
