ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanla telefon danışığından sonra Suriyəyə tətbiq edilən sanksiyaları ləğv etdiyini açıqlayıb.
Redaksiya xəbər verir ki, Tramp, “Bu qərarı Prezident Erdoğanla danışdıqdan sonra verdim,” – deyə bildirib.
Açıqlama qısa müddətdə həm ABŞ, həm də bölgə mediasında geniş rezonans doğurub. Sanksiyaların konkret hansı sektorlara və ya qərarlara aid olduğu barədə hələlik detallı məlumat verilməyib.
Rəsmi Ankara və Vaşinqtondan yaxın saatlarda əlavə açıqlama gözlənilir. Bu qərarın bölgədəki diplomatik balanslara və iqtisadi əlaqələrə təsiri diqqətlə izlənilir.
Sevinc Kərimova
