ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinlə çox məhsuldar bir görüş keçirdiyini bildirib.
Redaksiya xəbər verir ki, Tramp açıqlamasında Putinin Yaxın Şərqdə əldə edilən sülhə görə onu və ABŞ-ı təbrik etdiyini, bunun Rusiya–Ukrayna müharibəsinin başa çatmasına kömək edə biləcəyini söylədiyini qeyd edib.
Tramp, iki ölkə arasında ticarət məsələlərinin də müzakirə edildiyini və Dövlət katibi Marko Rubio rəhbərliyindəki nümayəndə heyətlərinin gələn həftə görüşəcəyini bildirib. ABŞ Prezidenti yaxın zamanda Budapeştdə Putinlə bir daha görüşərək müharibənin dayandırılmasını müzakirə edəcəklərini və sabah Oval kabinetdə Ukrayna Prezidenti Zelenski ilə görüşəcəyini deyib.
