ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin adının dəyişdirilməsi ilə bağlı qərar qəbul edib. Onun yaxın günlərdə nazirliyin “Müdafiə Nazirliyi” adını ləğv edərək “Müharibə Nazirliyi” adlandırılması barədə icra fərmanını imzalayacağı gözlənilir.
Redaksiya xəbər verir ki, Tramp bu addımın ABŞ-ın real güc siyasətini daha açıq şəkildə əks etdirdiyini bildirib. Onun sözlərinə görə, ölkənin hərbi strukturları faktiki olaraq yalnız müdafiə ilə deyil, həm də hücum əməliyyatları ilə məşğuldur və bu səbəbdən “Müharibə Nazirliyi” adı daha düzgün seçimdir.
Trampın qərarı ABŞ siyasi dairələrində geniş rezonans doğurub. Bəzi ekspertlər bunun tarixi ənənələrə qayıdış olduğunu desələr də, digərləri ölkənin beynəlxalq imicinə zərbə vuracağını hesab edirlər. Yeni addımın ABŞ Konqresində də müzakirə mövzusu olacağı gözlənilir.
