ABŞ-ın hazırkı prezidenti Donald Tramp özünə qarşı yönələn tənqidlərə cavab verib. O, bəzi dairələrin onu diktatorluqda ittiham etdiyini, lakin əsas məqsədinin ölkədə və dünyada sabitliyi bərpa etmək olduğunu bildirib.
Redaksiya xəbər verir ki, Tramp açıqlamasında “Məni diktator olmaqla ittiham edirlər, amma mən suçu bitirirəm. İnsanların çoxu da deyir ki, ‘Əgər nəticə budursa, qoy diktator olsun’” ifadələrini işlədib.
Prezident həmçinin Ukrayna ilə bağlı mövqeyini bir daha açıqlayıb. Onun sözlərinə görə, ABŞ hazırda Ukraynadakı müharibəni maliyyələşdirmir və bu istiqamətdə siyasətini dəyişib.
Tramp vurğulayıb ki, ABŞ-ın əsas hədəfi öz maraqlarını qorumaq, xalqın təhlükəsizliyini təmin etmək və xarici münaqişələrə sərf olunan resursları daxili problemlərin həllinə yönəltməkdir.
Sevinc Kərimova
