ABŞ prezidenti Donald Tramp yəhudi donorlarla bağlı açıqlamaları ilə yenidən gündəmə gəlib.
Redaksiya Times of Israel-ə istinadla xəbər verir ki, Tramp öz yaxın çevrəsindəki yüksək səviyyəli yəhudi donorlardan birinə müraciət edərək bildirib: “Mənim elektoratım İsraildən nifrət etməyə başlayır.” Bu ifadə, Trampın gənc və radikal sağçı dəstəkçiləri arasında ABŞ–İsrail münasibətlərinə artan skeptisizmi əks etdirir.
Son dövrlərdə Trampın bəzi çıxışlarında İsrailin siyasətinə qarşı dolayı tənqidlər də hiss olunmağa başlayıb. Xüsusilə Qəzza münaqişəsi ilə bağlı səsləndirilən narazılıqlar və beynəlxalq ictimaiyyətdə formalaşan qınaqlar, Trampın seçki strategiyasında bu məsələyə ehtiyatla yanaşmasına səbəb olub.
Siyasi müşahidəçilər bu ifadəni Trampın kampaniya taktikasında yeni xəttin formalaşması kimi dəyərləndirirlər. ABŞ-da gənc seçicilər və mühafizəkar kəsim arasında İsrailə münasibətdə dəyişikliklər artıq görünməyə başlayıb və Tramp bu meylləri nəzarət altında saxlamağa çalışır.
Sevinc Kərimova
