Tramp: “İsraildən narazıyam, sakitləşməlidirlər” – VİDEO

Tramp: “İsraildən narazıyam, sakitləşməlidirlər” – VİDEO

Sevinc Kərimova · Siyasət ·

ABŞ prezidenti Donald Tramp İsrailin bölgədəki son hərbi addımlarını tənqid edib.

Redaksiya xəbər verir ki, mətbuata verdiyi açıqlamada bildirib: “İsraildən məmnun deyiləm. Dünən lazım olandan artıq cavab verdilər, bu, zəruri deyildi.

Tramp əlavə edib ki, İsrail bu gün də hərbi təyyarələrini yenidən yükləyib: “Sadəcə atəşkəs saatından sonra atılan və heç yerə dəyməyən bir raketə görə bu qədər təşviş yaratmaq düzgün deyil. Mən bunu bəyənmirəm.

ABŞ prezidenti bildirib ki, İsrail rəhbərliyi vəziyyəti sakitləşdirməlidir: “Onlar sakitləşməlidirlər.