ABŞ prezidenti Donald Tramp son çıxışında İranla bağlı sərt bəyanatlar verib. O bildirib ki, İranın hava sahəsi artıq tam şəkildə ABŞ-ın nəzarəti altındadır: “Bu işi bizdən daha yaxşı görən yoxdur” – deyə Tramp qeyd edib.
Redaksiya xəbər verir ki, ABŞ lideri eyni zamanda İranın dini liderinin harada gizləndiyini dəqiq bildiklərini vurğulayıb. Tramp: “İranın dini lideri asan hədəfdir. Amma ən azından indiki mərhələdə onu ortadan qaldırmayacağıq” – deyə əlavə edib. O həmçinin xəbərdarlıq edib: “Səbrimiz tükənir.”
Al Jazeera-nın Tehran təmsilçisinin verdiyi məlumata görə, iranlı rəsmilər artıq ABŞ-ın rəsmi olaraq müharibəyə daxil olduğunu bildiriblər. Digər tərəfdən, Axios platforması Trampın hələ də Netanyahu tərəfindən dəstəklənən “rejim dəyişikliyi” fikrinə tam razı olmadığını qeyd edib.
Sevinc Kərimova
