ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında qısa müddətli, hətta bir neçə dəqiqəlik telefon danışığı baş tutub. Görüş barədə məlumatı ABŞ-ın nüfuzlu media qurumu Axios yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, danışıq cəmi bir neçə dəqiqə davam edib. Tərəflər arasında dialoqun detalları açıqlanmasa da, ilkin təmasın müharibənin diplomatik yolla həlli istiqamətində mümkün dialoqun başlanğıcı ola biləcəyi vurğulanır.
Ağ Evdən rəsmi açıqlama verilməyib. Kiyev tərəfi isə danışığı “qısa, lakin qarşılıqlı anlayışla keçirilmiş bir təmas” kimi dəyərləndirib.
Analitiklər bu təmasın Trampın sülh təşəbbüsləri çərçivəsində daha geniş diplomatik aktivliyə başlaya biləcəyi ehtimalını gündəmə gətirdiyini bildirirlər.
Qeyd edək ki, Trampın bir neçə dəqiqə öncə Rusiya prezidenti Vladimir Putin ilə iki saatlıq telefon danışığı baş tutmuşdu.
Sevinc Kərimova
