Tramp: “Ərdoğanla çox gözəl və nəticəyönümlü görüş keçirdik”

Tramp: “Ərdoğanla çox gözəl və nəticəyönümlü görüş keçirdik”

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ağ Evdə baş tutan danışıqlarla bağlı açıqlama verib.

Redaksiya xəbər verir ki, Tramp çıxışında belə deyib: “Prezident Ərdoğanı da buraya dəvət etdim, çox gözəl və nəticəyönümlü bir görüşmə keçirdik. O qədər çox məsələ üzrə qəti nəticəyə gəldik ki, həm onun istədiyi şeylər, həm də bizim istədiyimiz məsələlər barədə. Tezliklə biz açıqlama verəcəyik, o da açıqlama edəcək.”