Tramp: “CD Vens mənim ən mümkün varisimdir, amma …”

Tramp: “CD Vens mənim ən mümkün varisimdir, amma …”

Sevinc Kərimova · Siyasət ·

ABŞ prezidenti Donald Tramp gələcək siyasi liderlik barədə açıqlama verib.

Redaksiya xəbər verir ki, Tramp jurnalistlərə bəyanatında vitse-prezident CD Vensi özünün ən mümkün varisi kimi gördüyünü bildirib. Lakin o, bu mövzuda danışmaq üçün hələ tez olduğunu vurğulayıb: “Bu məsələ barədə danışmaq üçün hələ çox erkəndir”.

Trampın bu sözləri ABŞ-da 2028-ci il prezident seçkiləri ilə bağlı ehtimalları gücləndirib. Siyasi müşahidəçilər bu açıqlamanı Vensin Respublikaçılar Partiyasındakı nüfuzunun artması kimi qiymətləndirirlər.