ABŞ prezidenti Donald Tramp Avropa liderləri ilə keçirilən görüş zamanı iclası yarımçıq kəsərək Rusiya prezidenti Vladimir Putinə zəng edib. Bild nəşrinin məlumatına görə, telefon danışığı başa çatdıqdan sonra görüş davam etdirilib.
Redaksiya xəbər verir ki, qapalı görüşdə əsas müzakirə mövzusu Ukraynada münaqişənin həlli və təhlükəsizlik zəmanətləri olub. Trampın Putinə zənginin detalları açıqlanmasa da, mənbələr bu telefon danışığının danışıqların gedişatında mühüm rol oynaya biləcəyini qeyd ediblər.
Məlumata görə, telefon zəngi zamanı Avropa liderləri gözləməli olublar və görüş yalnız danışıq başa çatdıqdan sonra bərpa edilib. Bu addım Trampın üçtərəfli formatda – ABŞ, Rusiya və Ukrayna arasında – birbaşa müzakirələr aparmaq niyyətində olduğunu göstərir.
Sevinc Kərimova
