Tramp 8 mayı ABŞ-ın faşizm üzərində Qələbəsi Günü elan edib

Tramp 8 mayı ABŞ-ın faşizm üzərində Qələbəsi Günü elan edib

Nizami Salmanov · Media ·

ABŞ Prezidenti Donald Tramp 8 may tarixini ABŞ-ın İkinci Dünya müharibəsində Qələbə Günü elan edib.

Redaksiya Ağ Evə istinadla xəbər verir ki, Tramp faşist ordusunun məğlub edilməsində əsas rolu amerikalı əsgərlərin oynadığını bildirib.

Açıqlamada qeyd olunub ki, ABŞ İkinci Dünya müharibəsində demokratiyanın və azadlığın qorunması uğrunda həlledici rol oynayıb.

Trampın bəyanatı sosial şəbəkələrdə və beynəlxalq mediada müzakirələrə səbəb olub.

Tənqidçilər faşizm üzərində qələbənin yalnız ABŞ-ın deyil, SSRİ, Böyük Britaniya və digər müttəfiq ölkələrin birgə mübarizəsinin nəticəsi olduğunu vurğulayıblar.