Maduro aslında ABD'nin yardımıyla ülkeden kaçtı mı?

Maduro aslında ABD'nin yardımıyla ülkeden kaçtı mı?

Sevinc Kərimova · Siyasət ·

Venesuela prezidenti Nikolas Maduronun və həyat yoldaşının saxlanılması kimi təqdim olunan gecə əməliyyatı əslində ABŞ ilə razılaşdırılmış siyasi razılaşma çərçivəsində həyata keçirilmiş çıxış planının tərkib hissəsi olub. Sky News-un yaydığı məlumata əsasən, proses hərbi əməliyyatdan daha çox diplomatik razılaşma xarakteri daşıyıb.

Redaksiya sosial media məlumatlarına istinadla xəbər verir ki, Sky News-un qeyd etdiyi "razılaşmaya əsasən" Nikolas Maduro artıq ABŞ ərazisi sayılan Puerto Rikoya aparılıb. Mənbə bu addımı tərəflər arasında əvvəlcədən razılaşdırılmış və qarşıdurmanın dərinləşməsinin qarşısını almağa yönəlmiş “danışıqlar yolu ilə çıxış” kimi xarakterizə edir.

Məlumatda qeyd olunur ki, mövcud konstitusion prosedurlara uyğun olaraq Venesuelada icra hakimiyyətinin rəhbəri olan vitse-prezident Delsi Rodriqes faktiki olaraq prezident səlahiyyətlərini icra etməyə başlayıb. Hazırda ölkə daxilində idarəetmənin hüquqi mexanizmləri üzrə müzakirələr davam edir.

Hadisə regionda və beynəlxalq müstəvidə ciddi rezonans doğurub. Analitiklər bildirirlər ki, bu inkişaf Venesuelada uzun müddətdir davam edən siyasi böhranın yeni mərhələyə keçdiyini göstərir və qarşıdakı günlərdə diplomatik proseslərin sürətlənəcəyi istisna olunmur.