BYD yeni batareyasını təqdim etdi: 5 dəqiqəyə 70%

BYD yeni batareyasını təqdim etdi: 5 dəqiqəyə 70%

Redaksiya · Media ·

Çinli avtomobil istehsalçısı BYD, bu gün keçirdiyi tədbirdə yüksək sürətli şarj dəstəyi ilə diqqət çəkən ikinci nəsil "Blade" batareyasını və 1500 kVt gücündə şarj stansiyalarını təqdim etdi. Şirkətin yaydığı məlumata görə, müxtəlif tutumlarda təklif olunacaq yeni batareyanın ən əhəmiyyətli xüsusiyyəti daha əvvəl görünməmiş səviyyədə şarj sürətləridir.

Redaksiya xəbər verir ki, ikinci nəsil batareya cəmi 5 dəqiqə ərzində 10%-dən 70%-ə, 9 dəqiqə ərzində isə 10%-dən 97%-ə qədər doldurula bilir. Hətta -20 dərəcə kimi çox aşağı temperaturlarda belə 20%-dən 97%-ə qədər şarj prosesinin cəmi 12 dəqiqə çəkdiyi bildirilir. Bu sürətlərin arxasında isə yeni təqdim olunan 1500 kVt gücündə şarj stansiyaları dayanır.

"T" hərfi formasında dizayn edilmiş yeni stansiyalarda şarj kabelləri birbaşa yuxarıdan qoşulacaq şəkildə nəzərdə tutulmuşdur. Bu stansiyalar vasitəsilə şarj prosesini benzin doldurma qədər qısa müddətə endirməyi (dəstəklənən avtomobillərdə) hədəfləyən şirkət, yeni batareyalarla yürüş məsafəsini də artırır.