Bakıda ABŞ Vitse-Prezidentinin Rəsmi Qarşılama Mərasimi Keçirildi

Bakıda ABŞ Vitse-Prezidentinin Rəsmi Qarşılama Mərasimi Keçirildi

Sevinc Kərimova · Siyasət ·

Amerika Birləşmiş Ştatlarının Vitse-Prezidenti Ceyms Devid Vensin rəsmi qarşılama mərasimi keçirildi.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-nin Vitse-Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin Vitse-Prezidenti Ceyms Devid Vensi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi ABŞ-nin Vitse-Prezidentinə raport verdi.

Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Vitse-Prezident Ceyms Devid Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ-nin Vitse-Prezidenti Ceyms Devid Vensin qarşısından keçdi.

Sonra rəsmi foto çəkdirildi.