Tom Barrak Türkiyə və Yunanıstanı razılığa gəlməyə çağırıb

Tom Barrak Türkiyə və Yunanıstanı razılığa gəlməyə çağırıb

Sevinc Kərimova · Media ·

ABŞ-ın Ankaradakı səfiri, Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tom Barrak Türkiyə ilə Yunanıstan arasında uzun illərdir davam edən fikir ayrılıqlarını absurd adlandırıb. O, iki ölkəni qarşılıqlı razılığa gəlməyə və enerji sahəsində əməkdaşlıq etməyə çağırıb.

Redaksiya məlumat verir ki, Tom Barrak Türkiyə və Yunanıstanın illərdir mübahisə etdiyini bildirərək bu vəziyyəti tənqid edib. ABŞ diplomatı tərəflərin qarşıdurma əvəzinə ortaq maraqlar əsasında əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.

“Yunanıstan və Türkiyə illərdir mübahisə edir. Bu, çox absurddur”, – deyə Barrak bildirib.

ABŞ səfirinin sözlərinə görə, iki ölkənin etməli olduğu əsas məsələ razılığa gəlmək və enerji sahəsində qarşılıqlı əməkdaşlığı təmin etməkdir.

“Onların etməli olduğu yeganə şey razılığa gəlib deməkdir: ‘Əla, bizim iki enerji dəhlizimiz olacaq və biz bir-birimizə kömək edəcəyik’”, – deyə Tom Barrak qeyd edib.