Togg Team Türkiye-nin bildirdiyinə görə, 1 aprel 2026-cı il tarixindən sonra istehsal olunan Togg T10X avtomobillərində T10F ilə əlaqəli həm aparat, həm də proqram təminatı yenilənmələri həyata keçirilib. Şirkətdən verilən açıqlamada qeyd olunub ki, bu dəyişikliklər məhsul arxitekturasının uyğunluğu çərçivəsində aparılıb.
Redaksiya xəbər verir ki, şirkət açıqlamasında “2026-cı il aprelin 1-dən etibarən istehsal olunan T10X cihazlarında, T10F ilə məhsul memarlığının uyğunluğu çərçivəsində aparat və proqram təminatı yeniləmələri aparılmışdır. Bu doğrultuda işləmə sırasındakı “Gözləmə” rejimi ləğv edilmiş, ekran görünüşləri birləşdirilmiş və cihazdan uzaqlaşdıqda işə düşən avtomatik kilidləmə funksiyası əlavə edilmiş, qapı qolundan kilidləmə funksiyası isə çıxarılmışdır.” ifadələrinə yer verib.
