Məşhur amerikalı müğənni Teylor Sviftin evinin yerləşdiyi ABŞ-ın Rhode Island ştatında təhlükəli hadisə baş verib. Yaxınlıqdakı sahil zonasında insan qalıqları aşkarlanıb. Hadisə ilə bağlı araşdırma başladılıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, qalıqlar Narragansett körfəzində, Sviftin sahil evinin yerləşdiyi ərazidə bir qayığın yanında tapılıb. Hüquq-mühafizə orqanları ərazidə təhlükəsizlik tədbirlərini artırıb və ilkin mərhələdə müğənninin hadisə ilə hər hansı əlaqəsinin olmadığını bildirib.
Polis, aşkarlanan hissələrin bir insana aid olduğunu təsdiqləyib və ərazidə əlavə qalıqların olub-olmadığını müəyyən etmək üçün dəniz və sahil axtarışlarını genişləndirib. İstintaqın gedişatına dair ictimaiyyətə daha ətraflı məlumat verilməyib.
Sviftinin nümayəndələri məsələ ilə bağlı şərh verməkdən imtina etsələr də, müğənninin həmin an evdə olmadığı bildirilib. Hadisə ABŞ ictimaiyyətində geniş rezonans doğurub. İstintaqın nəticələri yaxın günlərdə açıqlanacaq.
Sevinc Kərimova
