Kanye Uestin Rusiyada ilk konserti planlaşdırılır

Kanye Uestin Rusiyada ilk konserti planlaşdırılır

Könül Məmmədova · Media ·

Amerikalı reper Kanye Uestin ilk dəfə Rusiyada konsert verəcəyi bildirilir. Say Agency-nin məlumatına görə, sənətçinin çıxışlarının Sankt-Peterburqda keçirilməsi planlaşdırılır.

Redaksiya istinadla xəbər verir ki, konsertlərin oktyabrın 10-u və 11-də Qazprom Arenada baş tutacağı ehtimal olunur.

Məlumata əsasən, tədbir üçün biletlərin qiyməti oturacaq yerindən və kateqoriyadan asılı olaraq 9 min rubldan 160 min rubla qədər dəyişir.

Konsertlərlə bağlı yekun proqram və digər təşkilati detalların daha sonra açıqlanması gözlənilir.