Tehranda hava çirkliliyinə görə bütün futbol tədbirləri ləğv edildi

Tehranda hava çirkliliyinə görə bütün futbol tədbirləri ləğv edildi

Fərid Əlizadə · İdman ·

İranın paytaxtı Tehranda artan hava çirkliliyi səbəbindən bütün futbol qarşılaşmaları və məşqlər təxirə salınıb.

Redaksiya xəbər verir ki, şəhərdə havanın çirklənmə səviyyəsi 7 iyul tarixində 159 mikroqram/kubmetr həddinə çatıb.

Bu göstərici hava keyfiyyəti indeksinə əsasən 151-200 aralığında dəyərləndirilir və bu, insan sağlamlığı üçün təhlükəli kateqoriyaya aiddir.

Rəsmi qurumlar bildirir ki, vəziyyət əhalinin sağlamlığına ciddi zərər verə biləcəyindən açıq havada keçirilən bütün idman tədbirləri və məşqlər dayandırılıb. Qadağaların hava şəraiti normallaşana qədər qüvvədə qalacağı qeyd olunub.

Fərid Əlizadə